_MG_0174

Qurban bayramı münasibətilə tədbir keçirildi

Azərbaycan Qizil Aypara Cəmiyyəti hər il olduğu kimibu ildə “Qurban bayramı” münasibətilə ənənəvi bayram tədbirləri keçirməkdədir.Bu tədbirlər zamanı Cəmiyyətin qeydiyyatında olan ehtiyaclı insanlarla görüşlər təşkil olunur və onlara bayram sovqatları çatdırılır.Bayram sovqatları həm daxili imkanlar,eyni zamanda qarşılıqlı əməkdaşlıq çərçivəsində təşkil olunan yardımlardan ibarət olur. Bu səpkili tədbirlərdən biri də 21 avqust 2018 ci il tarixində Az QAC-nin və “Nikoil Bank”ın məsul vəzifəli şəxsləri iştirak etdilər. Tədbiri giriş sözü ilə açan AzQAC-nin vitse-prezidenti Qafar Əsgərzadə ilk öncə Cəmiyyətin prezidenti, millət vəkili cənab Novruz Aslanovun səmimi və xoş bayram təbriklərinitədbir iştirakçılarına çatdırdı.Çıxışında bu kimi xeyrixah işlərdə Cəmiyyətlə daim sıx əməkdaşlıq edən Nikoil Bankın bu sahədəki   fəaliyyətini yüksək qiymətləndirdi.Daha sonra çıxış edən Nikoil Bankın şöbə müdiri Rüstəm Babazadə Qızıl Aypara Cəmiyyətinin sosial sahədəki fəaliyyətini ehtiyaclı insanlara göstərilən diqqət və qayğını yüksək dəyərləndirdi. O, qeyd etdi ki, məhz Cəmiyyətin gördüyü xeyirxah işlər eyni zamanda təmsil etdiyi Bankın da daima belə xoşməramli tədbirlərə dəstək vermək iki qürüm arasında əməkdaşliq əlaqələerinin qurulmasina zəmin yaratmışdır.  Xoş və mehriban şəkildə keçən tədbirin sonunda 50 nəfər ehtiyaclı insana bayram sovqatları paylanıldı._MG_0135 _MG_0141 _MG_0145 _MG_0149 _MG_0160 _MG_0166 _MG_0178 _MG_0185 _MG_0201 _MG_0205 _MG_0208 _MG_0214 _MG_0221 _MG_0232 _MG_0239 _MG_0242 _MG_0244 _MG_0250 _MG_0254 _MG_0260 _MG_0264 _MG_0287

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.