22.08.2018-ci il tarixində Nizami rayon bölməsində Müsəlman xalqının müqəddəs “Qurban Bayramı” qeyd edildi. Bu müqəddəs gündə Nizami rayon bölməsi qeydiyyatında olan 100 nəfər tənha insanları, aztəminatlı ailələri, əlilləri, valideynlərini itirmiş uşaqları bir araya toplayaraq onları sevindirib.
Nizami rayon bölməsinin sədri Rəna İbrahimova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, onları müqəddəs “Qurban bayramı” münasibətilə təbrik edərək, uzun ömür, can sağlığı, ruzi-bərəkət arzulayıb. Bu tədbirin keçirilməsində yardım edərək, qurban kəsib “qurban əti” verən şirkətin rəhbərliyinə nümayəndələrinə, Aypara Cəmiyyəti və yardım alan insanlar adından təşəkkür edib.
Yardım edən şirkətin nümayəndəsi də öz növbəsində çıxış edərək tədbir iştirakçılarını təbrik edib, onlara uzun ömür, can sağlığı arzulayıb.
Qeydiyyatda olan, yardım alan tənha qoca Qasımov Qəşəm tədbir iştirakçıları adından iştirak edərək hər zaman onların qayğısına qalan , mənəvi dayaq olan Aypara Cəmiyyətinin əməkdaşlarına yardım edən xeyirxah insanlara minnətdarlıqlarını bildiriblər.