Seminarın məqsədi vaxtilə hazırlanmış olan Təhlükəsiz Giriş Planının AzQAC-ın əməkdaşları tərəfindən şərh edilməsi olmuşdur.
Seminarı giriş sözü ilə açan AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev çıxışında keçirilən seminarın Cəmiyyətin fəaliyyətlərinin həyata keçirilməsindəki önəmindən bəhs etdi. Eyni zamanada kollektivdə fəaliyyət göstərən işçilərin təhlükəsizliyinin təmin olunması və onlara təhlükəsiz giriş konsepsiyasının aşılanmasının vacibliyini qeyd etdi.
Daha sonra çıxış üçün söz BQXK-nın Azərbaycan nümayəndəliyinin əməkdaşlıq üzrə rəhbəri Əziz Seyidə verildi. Cənab Əziz Seyid çıxışı zamanı Təhlükəsiz Yetişmə Strategiyasının tədbirlər planı haqqında ətraflı məlumat verdi.
Proqram çərçivəsində AzQAC-ın və BQXK-nın nümayəndələrinin təqdimatı ilə prezentasiyalar iştirakçılara təqdim edildi. Prezentasiyalarda təhlükəsiz yetişmənin elementləri, məzmun və risklərin qiymətləndirilməsi, fundamental prinsiplərin təbliği və tətbiqi, işçi heyəti və könüllülər ilə davranış, rəftar və dəstək qaydaları, fövqəladə hallara hazırlıq və cavabvermə, daxili və xarici informasiyaların koordinasiya olunması, məlumatların paylaşımı və idarə olunması, sosial mediya və kommunikasiya siyasəti, strategiyası və qaydaları, insan və texniki resusrların cəlb olunması, təhlükəsizlik və əmniyyət qaydaları haqqında məlumatlar iştirakçılara çatdırıldı. Daha sonra təqdim edilən mövzular ətrafında müzakirələr aparılmışdır.
Seminarların davamlı olması Təhlükəsiz Giriş konsepsiyasının təkmilləşridirlməsinə daha yüksək təsir edəcəkdir. Odur ki, seminarların və görüşlərin növbəti ildə də olması məqsədəuyğun hesab edilmiş və planlaşdırılmışdır.