IMG_1908

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə “Beynəlxalq Könüllülər Günü” və “Ümumdünya QİÇS-lə mübarizə günü” münasibətilə qanvermə aksiyası təşkil edildi

1985-ci ildən iqtisadi və social inkişaf naminə hər il 5 dekabr BMT-nin Baş Məclisi tərəfindən “Beynəlxalq Könüllülər Günü”, 1988-ci ildən etibarən isə hər il dekabr ayının 1-i “Ümumdünya QİÇS-lə mübarizə günü” kimi qeyd edilir. Bu tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunmuşdur. Hər il “Ümumdünya QİÇS-lə mübarizə günü” aktual problemləri əks edən müxtəlif şüarlarla keçirilir.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti hər il “Beynəlxalq Könüllülər Günü” və “Ümumdünya QİÇS-lə mübarizə günü” münasibətilə silsilə tədbirlər həyata keçirir.  Tədbirlərin keçirilməsi həm könüllülərə göstərilən diqqət və qayğının, həm onlar arasında, həm də ümumilikdə insanlığın kabusuna çevrilmiş QİÇS xəstəliyinin yayılmasına qarşı aparılan mübarizənin bir göstəricisi kimi qeyd oluna bilər.

Belə aksiyalardan biri, 2018-ci il dekabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas binasında, kitabxana-informasiya mərkəzində baş tutdu.  Tədbirdə AzQAC-ın vitse-prezidenti, əməkdar jurnalist, fəlsəfə doktoru Qafar Əsgərzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Fikrət Rzayev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universiteti bölmə sədri Adilə Mahmudova yaxından iştirak edirdi. Həmçinin, aksiyada    AzQAC-ın Gənclər və Könüllülər şöbəsinin müdiri, İcraçı Katibin müavini Xalidə İsgəndərova, cəmiyyətin bir neçə aidiyyatı şöbələrinin nümayəndələri yaxından iştirak etmişdilər. Aksiyada 60 nəfər qan vermişdir. Bu aksiya zamanı toplanılan qanlar hemofiliya və tallessimiyadan əziyyət çəkən uşaqlar  üçün nəzərdə tutulmuşdur. Aksiya telekanallar vasitəsilə işıqlandırılmışdır.IMG_1896 IMG_1902IMG_1922 (1)IMG_1926IMG_1931

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.