Ölkənin ən böyük humanitar təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) ölkəmizdə məskunlaşmış miqrantlara 2013-cü il oktyabr ayının 1-dən başlamış təmənnasız Azərbaycan dili kurslarına davam edir.
Dərslər öz əvvəlki mütəşəkkilliyini və aktivliyini saxlayaraq dinləyici çoxluğu ilə bu il də davam etmiş və iyun ayının 30-da 35 müdavimə sertifikat təqdimi ilə başa çatmışdır.
Növbəti dərs ilinə hazırlıq işləri ilə yanaşı AzQAC-nin miqrasiya şöbəsi yeni bir təşəbbüsün də icrasına başlamışdır. Bu miqrant ailələrin bu il məktəblərə qəbul olacaq uşaqlarına məktəb vaxtına qədər məktəbə hazırlıq dərslərinin keçirilməsidir. Dərslər AzQAC-in Baş qərargahında müəllimə Sona Hacıyeva tərəfindən aparılır.O dərslərə gələn uşaqların fəal hazırlanmasında çox səylə çalışır, onlara şerlər, nağıllar, tapmacalar öyrədir, yazı və oxu materialları paylayır vvə şifahi nitqin inkişafı üçün bədii qiraətdən geniş istifadə edir. Artıq bu aydan onlara isim, sifət və say haqqında məlumat verilir və onların gündəlik nitqdə istifadə qaydaları öyrədilir.
Hər dərs mütəmadi olaraq ümumi keçilənlərin təkrarı dərsin əvvəlində və ya axırında aparılır.
Toplama, çıxma, vurma və bölmə əməliyyatları onluqlar dairəsində onlara öyrədilir və evə də çoxlu tapşırıqlar verilir. Riyazi hesablamalar çox maraqla qarşılanır və həvəslə yerinə yetirilir. Xırda məzmunlu məsələlər quraşdırılır və onlara da belə məsələlərin tərtibi tapşırılır. 1-dən 10-a qədər təkrəqəmlilərin vurma cədvəli soruşulur.