“31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni 2019-cu il” münasibəti ilə rayonda silsilə tədbirlər keçirilir. Rayonun ərazisində yerləşən təhsil, səhiyyə, sənaye müəssisələrində dəyirmi masalar, müxtəlif müsabiqələr, bayram şənlikləri təşkil olunur.
Növbəti belə bayram tədbiri Pirallahı Rayon İcra Hakimiyyətinin və AzQAC Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə Pirallahı qəsəbəsində əsaslı təmirdən sonra istifadəyə verilmiş “Uşaq Parkı”da keçirildi. Parkın açılışında Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, RİH əməkdaşları, rayon sakinləri iştirak etdilər. Xüsusi tərtibatla bəzədilmiş “Uşaq Parkı”nda bayram əhval-ruhiyyəsi hökm sürürdü.
İştirakçıları salamlayan RİH-nin başçısı Vasif İmanov qeyd etdi ki, dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi 2018-ci ilin ötən dövrü ərzində də Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkəmizdə sabitlik qorunub saxlanılıb, dövlətimizin gücü və beynəlxalq nüfuzu daha da yüksəlib.