Humanizm naminə fəaliyyətimiz davamlıdır

Azərbaycannovruz Qızıl Aypara Cəmiyyəti hər zaman ehtiyacı olan insanlara humanitar yardım, təmənnasız sosial-tibbi xidmətlər göstərmiş, müxtəlif fəlakətdən zərərçəkmişlərə lazımi dəstək vermişdir. Özünün fəaliyyət dairəsini daha da genişləndirərəк, Cəmiyyətimiz daha da təkmilləşərək Beynəlxalq Hərəkatın inkişafına öz töhvəsini vermişdir. Müasir dövrümüzdə Cəmiyyətimizin daha da inkişaf etməsinə əsas səbəb dövlət başçısının müvafiq fərman və sərəncamları olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyev hər zaman Cəmiyyətimizə qayğı ilə yanaşmışdır. “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” qəbul edilmiş Qanun, “Qızıl Aypara Günü”nün təsis olunması, Nazirlər Kabinetinin müvafiq sərəncamları buna bariz nümunədir.

Hər il olduğu kimi 2012-ci ildə də Cəmiyyətin fəaliyyət istiqaməti çoxsahəli olmuşdur. Azərbaycan Qızıl Aypara Cəmiyyəti respublikada müxtəlif humanitar yönümlü layihələri uğurla həyata keçirmişdir. Bu layihələrin həyata keçirilməsində müvafiq hökumət strukturları lazımi dəstək vermişdir. Belə qarşılıqlı əməkdaşlıq sayəsində fəaliyyətimizdə nəzərə çarpan irəliləyişlərə nail olunmuşdur. Fəaliyyətimizdə xüsusilə, sosial sahəyə önəm verilmiş və bu istiqamətdə həyata keçirilən layihələr əhalinin sağlamlığı namиnə maarifləndirmə işlərinin gücləndirilməsinə yönəldirilmişdir. Gənclərin və könüllülərin həyata keçirilən layihələrə cəlb edilməsi isitiqamətində kifayət qədər işlər görülmüşdür. Xüsusilə, qan donorluğu, ilk yardım və fəlakətlər zamanı zərərçəkmiş insanlara zəruri yardımların edilməsində könüllülərimiz yaxından iştirak etmişlər. Təşkilatи sahədə əsas istiqamətlərdən biri yerli bölmələrin inkişafı, üzvlərin sayının artırılması və yerli icmaların formalaşdırılması hər zaman gündəlik fəaliyyətimizdə duran  ön məsələlərdən olub. Bu sahədə də müəyyən nailiyyətlərimiz vardır. Bu il üzvlərimizin sayı artırılaraq 300 minə,  könüllülərimizin sayı isə 19 minə çatmışdır və bu artım davam etməkdədir.

Son zamanlar Azərbaycanda baş vermiş təbii fəlakətlərdən zərər çəkmiş insanlara yardımların edilməsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti bütün potensialından tam istifadə etmişdir. Bu il Azərbaycanın şimal bölgəsində, xüsusilə Zaqatala, Qax rayonlarında zəlzələ baş vermiş və bir çox fərdi evə ziyan dəymişdir. Respublika рəhbərliyinin müvafiq göstərişi ilə bütün əlaqədar təşkilatlar, xüsusilə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu ərazilərdə öz imkanlarını tam səfərbər edərək kifayət qədər böyük işlər görmüşdür. Tez bir zamanda zəlzələ nəticəsində dağılmış və qəza vəziyyətinə düşmüş evlərin əvəzinə yeni evlər inşa edilərək zərər çəkmiş insanlara verilmişdir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti də özünün yerli bölmələrinin vasitəsi ilə zərər çəkmiş insanlara operativ surətdə lazımi yardımlar göstərmişdir. Bu işlər Fövqəladə Hallar Nazirliyinin koordinasiyası ilə həyata keçirilmişdir. Belə hallarda fəaliyyət göstərmək üçün Fövqəladə Hallar Nazirliyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında Anlaşma Memorandumu mövcuddur.

Bir çox layihə var ki, Cəmiyyətimiz belə layihələrin zəruriliyini nəzərə alaraq davaмlılığını təmin etmişdir. “Təhlükəsiz Oyun Meydançası”, “İlk yardım”, “Vərəmli xəstələrin müalicəsinə nəzarət”, “İcmada sağlamlıq” və s. layihələr bu sıradandır.

Gəlirgətiрmə sahəsinin inkişafı üçün lazımi addımlar atılmışdır. Strategiyamıza uyğun olaraq bu sahə əsas prioritetlərimizdəndir. İanələrdən toplanmış vəsait zamanı insanlara,  ahıl kimsəsiz xroniki xəstələrə müvafiq yardımların edilməsinə yönəldilmişdir.

Maliyyə dəstəyi məsələsi Milli Cəmiyyət üçün çox önəmlidir. Əlbəttə, bu sahədə bizim həm uğurlarımız, həm də çətinliklərimiz mövcuddur. Belə ki, AzQAC ianə və üzvlük haгqları hesabına zəruri humanitar proqramların həyata keçirilməsinə nail olur. 2011-2015-ci illəri əhatə edən yeni strategiyamızın da əsas istiqamətlərindən biri məhz budur. Düşünürəm ki, buna nail olmaq üçün insanlar arasında lazımi maarifləndirmə işləri aparılmalıdır. Hər bir vətəndaş ianə etdiyi vəsaitin təyinatı üzrə yönəldilməsi barədə məlumat əldə edə bilər. Bizim fəaliyyətimiz şəffafdır.

Sonda, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nəcib və xeyirxah missiyasının həyata keçirilməsinə dəstək verən hər bir şəxsə, o cümlədən, hökumət və qeyri-hökumət strukturlarına, beynəlxalq təşkilatlara, könüllülərə öz təşəkkürümü bildirirəm.

 

Dr. Novruz Aslanov
Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin prezidenti,
Milli Məclisin deputatı

 

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.