Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2011-2015-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.
Bununla əlaqədar olaraq, 30 iyun 2015-ci il tarixindən başlayaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər, Sağlamlıq və qayğı şöbələrinin təşəbbüsü ilə Sabirabad Regional Mərkəzi və onun nəznində olan bütün rayon bölmələrinin gənc təlimatçıları və könüllüləri üçün Sabirabad şəhərində Gənclərin cəlbolunma strategiyasına əsasən qeyri – yoluxucu xəstəliklərə dair fəaliyyətlərdə gənclərin rolu və iştirakı mövzusunda təlim keçirilmişdir.
Təlimdə 29 nəfər iştirak edirdi.
Məqsəd gənclərin cəlbolunma strategiyasında gənclərin davranışının dəyişilməsində rollarının müəyyənləşdirilməsinin və qeyri – yoluxucu xəstəliklər haqqında biliklərin təqdim olunmasıdır.
İlk öncə gənclərə Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tarixi və İran Qızıl Aypara Cəmiyyəti haqqında, daha sonra Hərəkatının tərkib hissələri, fundamental prinsipləri haqqında məlumat verilmişdir.
Təlim zamanı gənc təlimatçılar və könüllülər arasında qrup işlərinin vasitəsilə müxtəlif mövzularda müzakirələr aparılmış və sonra həmin müzakirələr prezentasiya vasitəilə təqdim olunmuşdur.
Sonda iştirakçılar təşkil olunmuş təlimlərə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və İran Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə və əməkdaşlarına öz təşəkkürlərini bildirdilər. Gələcəkdə də bu cür treninglərin başqa rayonlarda keçirilməsi planlaşdırılır.
Gənclər Komitəsinin təlimatçısı
Nigar Ayvazova