Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada ictimai səhiyyə sahəsində Dövlətə yardımçı rolunu oynayaraq, yerli hökumət, QHT-la əməkdaşlıq çərçivəsində, Regional Mərkəzlər və Yerli Bölmələr vasitəsilə əhali arasında geniş səhiyyə maarifi işini həyata keçirir. Cəmiyyətin “İcmaya əsaslanan Sağlamlıq” proqramı çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Uşaqların icbari dispanserizasiyası işinin gücləndirilməsi və uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicə üzrə” 2018-2019 cu illlər üçün fəaliyyət planına əsasən ana və uşaq sağlamlığının yaxşılaşdırılması, xəstəliklərin profilaktikası ilə bağlı geniş təbliğat tədbirlərini təşkil edərək, əhali arasında bilik və bacarıqların artırılmasına dəstək olur.
Belə tədbirlərə əhali arasında görüşlər, seminarlar, təlimlərin təşkili aiddir. Fevral ayının 11-də Respublika Uşaq Xəstəxanasında müalicə olunan xəstə uşaqların anaları ilə AzQAC tərəfindən növbəti görüş keçirilmişdi. Görüşdə Cəmiyyətin “İcmaya əsaslanan Sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova analara uşaq hüquqları, inkişafı, inkişafa təsir edən amillər, tez-tez rast gəlinən, lakin qarşısı alına bilinən xəstəliklər barədə geniş məlumatlar təqdim etmişdi. Eyni zamanda xəstəxanada təcrübə keçən həkim-pediatrlar ilə də görüş keçirilmişdi. Sonda Respublika Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan sağlamlığa dair vərəqələr paylanıldı.