IMG_20190206_132822

Qızıl Aypara Cəmiyyətinin əməkdaşları zəlzələ bölgəsinə oldular

         05.02.2019-cu il tarixdə saat 23:31 radələrində Şamaxı rayonunun Pirqulu qəsəbəsindən 11 km İsmayıllı istiqamətində təxminən 5 bal gücündə zəlzələ baş vermişdi. Baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Millət vəkili Novruz Aslanovun tapşırığı ilə cəmiyyətin Fövqəladə hallara hazırlıq və cavabvermə şöbəsinin müdiri Elşən Səlimzadə və İsmayıllı regional mərkəzinin əməkdaşları, Şamaxı rayon sədri, Göyçay rayon sədri, Qəbələ rayon sədri, İsmayıllı rayon sədri və könüllülər fevralın 6-da həmin ərazidə olublar.

Rayonda bəzi evlərin və istinad divarlarının uçması nəticəsində insanlara müəyyən zərər dəymişdir.

Zəlzələ nəticəsində kəndlər üzrə 23 evdə, şəhər üzrə 17 evdə dağıntılar baş vermişdir.

Xəstəxananın təcili yardım şöbəsinə 19 müraciət, terapiya şöbəsinə 4 müraciət, cərəhiyyə şöbəsinə 3 müraciət daxil olmuş, xəstələr ambulator müalicə alaraq evə buraxılmış, reanimasiya şöbəsinə 5 nəfər daxil olmuş, 1 nəfər isə hazırda müalicəsi davam edir.

Zərurət yarandığı halda Azərbaycan Qızıl Aypara Cəmiyyəti dərhal müvafiq humanitar yardım etməyə hazırdır.IMG_20190206_114723 IMG_20190206_115830 IMG_20190206_140116 IMG_20190206_140241 IMG_20190206_144212

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.