Azərbaycan Qızl Ayrapa Cəmiyyətinin Baş ofisində Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmiləri ilə Milli Cəmiyyətin prezidenti, millət vəkili cənab Novruz Aslanovla görüşü keçirildi. BQXK-nin Başçısı xanım Elena Ajmone Sessera və BQXK-nin Müdafiə Programının Kordinatoru cənab Byorn Oliver olan görüşün əsas məqsədi iki təşkilat arasında əməkdaşlıq çərçivəsində aparılan işlərin və gələcəkdə planlaşdırılan fəaliyyətlərin müzakirəsidir. Ənənəvi olan bu görüşlərdə hər zaman olduğu kimi birgə aparılan tədbirlər təqdim edilmiş, göstərilən qarşılıqlı dəstəy qiymətləndirilmiş və maraqlı, səmərəli təkliflər irəli sürilmişdir.