16 Aprel 2019-cu il tarixdə Bakı Qida Yağ Fabrika MMC-də Obyekt Mülki Müdafiə Məşqi keçirilmişdir.Məşqdə Sumqayıt şəhər Regional Mülki Müdafiəsinin Şöbəsinin nümayəndələri eləcədə şöbənin rəisi polkovnik-leytenant Emil Əliyev, Bakı Qida Yağ Fabrika MMC-nin rəhbəri Şahəddin İbrahimov, Fövqəladə Hallar Komissiyası, MMQ, mülki müdafiə dəstələri və dəstələrə cəlb olunmayan işçilər,FHN Sumqayıt Regional Mərkəzinin xilasediciləri,tibb işçiləri, Az.QAC Sumqayıt şəhər bölməsinin müavini Şəhriyar Əliyev olmaqla bölmənin 11 nəfərdən ibarət FMKD aktiv üzvləridə iştirak etmişdir. Təlimin məqsədləri: – Bakı Qida Yağ Fabrika MMC-nin mülki müdafiə planının reallığının, əhalinin və işçlərin fövqəladə hadisələr zamanı mühafizə olunmasının təşkilinin yoxlanması. – Fövqəladə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmaz işləri yerinə yetirərkən rəhbər heyətə qərar qəbul etmək bacarığının təkmilləşdirilməsi. – Mülki müdafiə dəstələrinin fövqəladə hadisələr gözlənilərkən və ya baş verərkən onların nəticələrinin aradan qaldırılması zamanı əməli vərdişlərin öyrədilməsi idi. «Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili» mövzusunda keçirilən növbəti obyekt təlim məşqi çox uğurla başa çatmışdır. Sonda Bakı Qida Yağ Fabrika MMC-nin rəhbərliyi tərəfindən Az.QAC Sumqayıt şəhər bölməsinin Fövqəladə Mobil Könüllü Dəstəsinin üzvlərinə hədiyyələr verilmişdir. Ənənəvi olaraq xatirə şəkilləri çəkilmişdir.