15-18 aprel 2019-cu il tarixlərində AzQAC və BQXK əməkdaşlarının iştirakı ilə Qazax, Füzuli, Tərtər və Ağdam bölgələrində adı gedən rayon bölmələrinin fövqəladə hallara hazırlıq üzrə mobil könüllü qruplarının iştirakı ilə ilk yardım postlarının qurulması və bu rayon məktəblərində yuxarı sinif şagird və müəllim heyətlərinə ilk yardım vərdişlərinə maarifləndirilməsi və ilkin tibbi yardımın göstərilməsi sayəsində maarifləndirici tədbirlər aparıldı. Eyni zamanda eyni məktəblərdə 8 may Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara günü ilə bağlı tədbirlər planı üçün hazırlıq işləri görüldü. BQX/QA günü ilə bağlı məktəblərdə şagirdlərə QX/QA hərəkatına dair bilik və maraqların artırılması humanitar dəyərlərin və mərhəmət hissinin artırılması əsas məqsədlərdən biridir. Keçirilməsi planlaşdırılan tədbir 4 cəbhəyanı bölgə olmaqla 4 rayon məktəbində 2 gün olmaq şərtilə keçirilməsi nəzərdə tutulur.
Tədbirdə iştirak edənlər AzQAC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov
FMKD koordinatoru Nigar Rüstəmzadə
BQXK-nin əməkdaşlıq üzrə işçiləri Lyudmila və Nailə