20 iyun -Ümumdünya Beynəlxalq Qaçqınlar Günüdür. Qeyd edək ki, 2000- ci ildə BMT-nin Baş Məclisi bu tarixi Ümumdünya Beynəlxalq Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Şübhəsiz ki bu qətnamənin qəbulundan əsas məqsəd evindən,eşiyindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub.u Ökəmizdə Azərbaycan Vərəm üzrə QHT Koalisiyası Silsilə Tədbirlər həyata keçirir. Dünən koalisiyanın bir qrup üzvü Binəqədi rayonu Dərnəgül qəsəbəsində yaşayan köçkün ailələrdən ən acınacaqlı şəraitdə olan 15 evi ziyarət edib onların vəziyyəti ilə yaxından maraqlanmış və onlara sovqat paylamışlar.
Tədbirdə koalisiyanın üzvləri müxtəlif mövzulara toxunaraq,onlara vərəm, onun yayılma yolları, profilaktik tədbirlər, vərəmin əlamətləri, diaqnostikası və müalicəsi haqqında geniş məlumat verdilər.
Görüşə toplaşanlar tədbirə böyük maraq göstərmiş və interaktiv sual-cavabda fəal iştirak etmişlər.
Sonda xatirə şəkilləri çəkilmiş və koalisiya üzvlərinə bu səmimi görüş üçün minnətdarlıq edilmişdir.