19 İyun tarixində Litva Respublikasının Azərbaycandakı səfiri Valdas Lastauskas və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katib Ceyhun Mirzəyev və Silahlara qarşı mübarizə sektorunun koordintoru Məmməd Kətanovun iştirak etdiyi əməkdaşlıq görüşü keçirilmişdir. Görüşdə AzQAC və Litva səfiriliyi arasında ikitərəfli əlaqələrin inkişaf etidirlməsi, birgə layihələrin həyata keçirilməsi, gələcək perispektivlər mövzusunda müzakirələr aparılmışdır. “Yol Təhlükəsizliyi” və “Təhlükəsiz Oyun Meydançası” layihələrinin reallaşması barədə qarşılıqlı razılıq əldə edilmişdir. Sentyabr ayında növbəti dərs ilinin açılışı münasibətilə Tər-Tər rayonunun Səhləbad kəndində Təhlükəsiz Oyun Meydançasının tikilişi və ibtidai sinif şagirdləri üçün məktəbli çantalarının paylanışı nəzərdə tutulmuşdur.