08 Iyul tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərarqahında Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyinin başçısı Elena Ajmone Sissera, Əməkdaşlıq Proqramının kordinatoru Əziz Şah Abdul və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Qafqaz ölkələri üzrə yeni təyin olunmuş nümayəndəliyinin başçısı Olqa Dzhumaevanın iştirakı ilə növbəti Qızıl Xaç və Qızıl Aypara Hərəkatdaxili üçtərəfli görüş keçirilmişdir.
Görüşün əvvəlində Milli Cəmiyyətin prezidenti cənab Aslanov qonaqları salamlayaraq artıq ənənə xarakteri daşıyan üçtərəfli görüşün vacibliyini və əhəmiyyətini xüsusi olaraq vurğuladı. Eyni zamanda cənab Aslanov BQXK və Beynəlxalq Federasiya ilə olan əməkdaşlıq münasibətlərini və dəstəyi yüksək qiymətləndirərək görüşün uğurla və nəticəli keçməsinə ümid bəslədi.
Sonra gündəliyə əsasən birinci mövzu Ölkədə və regionda mövcud vəziyyətin nəzərdən keçirilməsi təqdim olundu və hər üç tərəf bu və digər mövzulara öz münasibətlərini və təkliflərini bildirdilər. Qeyd olundu ki, global və ölkə daxilində olan məsələlər QXQA Hərəkatı və onun tərkib hissələri tərəfindən şərh olunur və onlara nəzər salınır.
Son görüşdən bəri aparılan birgə fəaliyyətlərə və əldə olunan naliyyətlərə gələrək, hər üç təşkilat tərəfindən bir sıra misallar verildi. Onların arasında USAİD inkişaf agentliyinin region daxili Fövqəladə Hallar zamanı Sağlamlıq fəaliyyətlərinə dəstək, Fövqəladə Hallarda fəaliyyət göstərən Mobil Komandaların təlimatlandırılması və onların iştirakı ilə gələcək Simulasiya tapşırığının təşkil olunması, planlaşdırma görüşlərinin aparılması və s.
Qeyd olunan fəaliyyətlərə görə təşəkkür edərək, cəmiyyətin prezidenti eyni zamanda bir müddət öncə irəli sürülən və yenidən baxılıb üzərində aparılan işin davam olunmasının vacib olduğu sənədləri və fəaliyyətləri xatırlatdı. Misal olaraq, Davamlılıq Planının və Hərəkat Daxili Planın hazırlanması, qurulmuş İşçi Qrupunun bərpası. Dəstək olaraq tərəfdaşlar tərəfindən bü sahədə fəallığın artırılmasına önəm verildi.
Mövzulardan biri olan Qızıl Xaç və Qızıl Aypara Hərəkatının 33 Konfransı və Nümayəndələr şürasının görüşünün Dekabr ayında keçirilməsinə gəldikdə görüş iştirakçılarına cəmiyyətin icraçı katibi tərəfindən hazırlıq işləri haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, tədbirin mahiyətindən irəli gələrək və tədbirdə cəmiyyətin fəal iştirakını təmin etmək məqsədilə bir sıra müzakirələ və fikir mübadiləsinə ehtiyac var.
Sonda BQXK-nin Bakıdakı nümayəndəliyinin başçısı Elena Aymone Sissera və Federasiyanın Qafqaz üzrə nümayəndəliyinin başçısı Olqa Dzhumaeva Milli Cəmiyyətinin prezidenti Novruz Aslanova görüşün mümkün olduğuna görə təşəkkürlərini və yaxın gələcəkdə aparılacaq fəaliyyətlərin və yeni təşəbbüslərin həyata keçirilməsində dəstək göstərməklərinin hazır olduqlarını bildirdilər.
Novbəti görüşün 2019 ci il Sentyabr ayında keçirilməsi nəzərdə tutulur.