İyul ayının 1-2 si 2019 cu il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkili ilə EMVT qrup liderleri və AzQAC-nin, BQXK-nin rəsmilərinin iştirakı ilə görüş keçirildi. Bərdə şəhərinin Prins Otelində təşkil edilmiş tədbirdə görüşün məqsədi Qazax, Fizuli, Ağdam və Tərtər könüllərinin bu il erzində gördükləri işlər, onların zəif və güclü tərəflərinin müzakirəsi və növbəti il üçün təkliflər qarşılıqlı şəkildə müzakirə olundu.Ayrı ayrılıqda bütün qrup liderleri öz fəaliyyətləri ilə bağlı prezentasiyalar etdilər.
Bütün yuxarıda qeyd edilən mövzulara toxunduqda izah olunmuşdur ki, verilən bilik və bacarıqlar üzrə yaxın gələcəkdə simulasiya tapşırıqları təşkil ediləcək. Eyni zamanda dəstələrə müraciət edərək tövsiyə edilmişdir ki, onlar rayon bölmələri səviyyəsində öz aralarında görüşlər keçirib verilən bilikləri yada salsınlar, yaradılmış dəstə abu havasını qoruyub saxlasınlar.