2019 cu il İyun ayının 24-ü Azərbaycan Qızıl Aypara Cəmiyyətin (AzQAC) prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov AzQAC-nin regional mərkəzinin koordinatorları ilə Naftalan şəhərində geniş müşavirə keçirdi.
Novruz Aslanov çıxışında yerli bölmə sədrlərinə AzQAC-ın maddi-texniki bazasının gücləndirilməsi,maliyyə imkanlarının artırılması,humanitar aksiya şəbəkəsinin genişləndirilməsi tapşırıqlarını vermişdir.
Eyni zamanda AzQAC-ın 2020-ci ildə 100 illiyinin keçirilməsi ilə əlaqədar bütün yerli bölmələrə hazırlıq işlərinin gücləndirilməsi barədə göstəriş vermişdir.Dövlət və hökümət orqanları ilə səmərəli,qarşılıqlı işgüzar əməkdaşlığın inkişaf prespektivlərinin təşkil edilməsi işləri tapşırılmışdır.
Rayon bölmələrinin ilk təşkilatların yaradılması,üzvlük haqlarının vaxtında toplanması istiqamətlərində müvafiq işlərin görülməsi bildirilmişdir.
Müşavirədə Gəncə,Mingəçevir,Sabirabad və İsmayıllı regional mərkəz koordinatorlarıda iştirak etmişlər.