Cəbrayıl Rayon İcra Hakimiyyəti və Rayon Təhsil şöbəsi ilə birgə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Cəbrayıl rayon bölməsinin işçiləri növbəti humanitar missiyasını həyata keçirdi. 29 iyul 2019-cu il tarixində Cəbrayıl rayonu Qarağac kənd sakini hal hazırda Biləsuvar rayon ərazisində salınmış Cəbrayıl rayon 5 saylı məcburi köckün qəsəbəsində məskunlaşmış I qrup əlil Cəfərov Yasin Mehman oğluna əlil arabası təqdim etdi.