Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə 2019-cu il 23-25 iyul tarixlərində Bərdə rayonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin Beynəlxalq Humanitar Hüququn (BHH) və Fundamental prinsiplərin yayımı sahəsində növbəti seminar keçirilmişdir. Seminarın məqsədi AzQAC-ın cəbhəyanı ərazilərə daxil olan rayon bölmələrinin Fövqəladə Mobil Könüllü Dəsətələrinə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının (Hərəkat) məqsədi, fəaliyyətləri, fundamental prinsiplərin yaranma tarixi haqqında məlumatlarının yenidən öyrədilməsi olmuşdur. Könüllülərin bu sahədəki bilik və bacarıqlarının artırılması ona imkan verir ki, onlar da öz növbəsində çalışdıqları ərazilərdə Hərəkatın məqsədi və fəaliyyətləri barədə əhali arasında təkmilləşdirilmiş formada yayım işini apara bilsinlər.
Seminarda könüllülərin AzQAC-ın fəaliyyət istiqamətləri haqqında təqdimat etmək bacarıqları yoxlanılmış və düzgün istiqamət verilmişdir. İştirakçılar fərdi və qrup şəklində təqdimatlar hazırlayaraq dəstənin digər üzvlərinə təqdim etdilər.
FMKD-nin üzvləri birinci mərhələdə orta təhsil mərkəzlərində şagirdlər arasında yayım üzrə seminarlar təşkil edəcəklər.