2222222

AzQAC humanitar missiyasını davam etdirməkdədir

 

AzQAC Beynəlxalq Qızıl Xaç/Aypara Hərəkatının prinsiplərinə sadiq qalaraq daim ehtiyaclı olan şəxslərə  qayğı ilə xidmət göstərərək, dəstək olmağa çalışır. Belə ki, avqust ayının 25-də AzQAC-in  könüllüsü Rövşanə Orucovanın təşəbbüsü ilə AzQAC-in  Sabunçu Rayon Bölməsinin sədri Elmira Məlikova və “İcmaya əsaslanan sağlamlıq”  proqramının rəhbəri Mətanət Qaraxanova Bakıda fəaliyyət göstərən Azərbaycan Uşaqlar Birliyinin nəzdində müxtəlif xoşa gəlməyən problemlərlə  üzləşən (məişət zorakılığı) uşaq və yeniyetmələr üçün yaradılan sığınacağa baş çəkmişlər.Həmin gün sığınacaqda yaşayan 3 nəfər uşağın ad günü qeyd edilirdi. Bu tədbirə bir çox təşkilat və fərdi insanlar (daha çox gənclər) da qatılmışlar. Bütün qonaqlar (ayparaçılar daxil olmaqla)  uşaqlara hədiyyələr təqdim etmişlər. Tədbirə dəvət olunan kloun və gənc müsiqiçilər uşaqlarla birgə gözəl vaxt keçirmişlər.  Bu kimi tədbirlər uşaqlara sevinc  hissləri  yaşadaraq,  onların xoş ruhda böyüməsinə və yaşamasına kömək edir. 2222222 1111111111

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.