IMG_05267

Beynəlxalq İtkin Düşənlər Günü Naxçıvanda qeyd olundu

30 avqust tarixi hər il dünyada Beynəlxalq İtkin Düşən İnsanlar Günü kimi qeyd olunur.

Azərbaycanda da bu gün ənənəvi qaydada Bakı şəhərində və Respublikanın digər bölgələrində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən qeyd olunur. Bu il (2015) həmin tədbir 25 avqust tarixində Naxçıvan MR-da qeyd olundu. Bu tədbirin də məqsədi hər il olduğu kimi bu ərazidən olan itkin düşən insanların valideynləri, yaxınları və əzizlərini bir araya yığaraq anma mərasimini təşkil etmək olmuşdur.

Tədbir BQXK-nin təşəbbüsü və maliyyə dəstəyi, AzQAC-ın Naxçıvan MR-dakı Komitəsinin texniki dəstəyi ilə baş tutmuşdur. Naxçıvan şəhərində keçirilən tədbirdə AzQAC-ın vitse-prezidenti Dr. Qafar Əsgərzadə, Cəmiyyətin İcraçı Katibi Bayram Vəliyev, Naxçıvan MR Komitəsinin sədri Yaşar Vəliyev, hökumət nümayəndələri, itkin ailələrinin üzvləri, KİV iştirak etmişdir.

Tədbirdə BQXK-nin bu sahədə çalışan ekspertləri çıxış edərək qeyd etdilər ki ümumilikdə Dağlıq Qarabağ münaqişəsində təqribən 4500-dən artıq insan itkin düşən kateqoriyasına aiddir. Onlar qeyd etdilər ki, hazırda da BQXK Azərbaycan Hökuməti və AzQAC-la əməkdaşlıq edərək müxtəlif layihələr vasitəsilə itkin düşən şəxslərin talelərinə müəyyənlik gətirməyə çalışırlar. Tədbirdə həmçinin qeyd olundu ki, itkin ailələri ilə də psixososial dəstək üzrə müəyyən layihələr həyata keçirilir. Bu layihə üzrə tədbir iştirakçılarına film nümayiş etdirildi.

Tədbirdə çıxış edən AzQAC-ın vitse-prezidenti Dr. Qafar Əsgərzadə də öz növbəsində bütün Naxçıvan ərazisindən itkin düşmüş soydaşlarımızın yaxınlarını, tədbir iştirakçılarını AzQAC-ın Prezidenti, Milli Məclisin deputatı Dr. Novruz Aslanovun adından salamladı və onlara başınız  sağ olsun dedi. O, bu qeyr-müəyyənliyin həddən artıq çətin bir durum olduğunu və ailələrin də bu duruma dözümlülüyünün ağır olduğunu qeyd etdi. Belə tədbirlərin və bu istiqamətdə həyata keçirilən müxtəlif layihələrin təşkil olunmasında təşəbbüskar olan BQXK-nin Azərbaycandakı Nümayəndəliyinə də təşəkkür etdi.

Qeyd edək ki, Naxçıvan MR-dan itkin düşmüş hesab olunan insanların sayı 9 nəfərdir.

Sonda ailələr və BQXK-AzQAC heyəti səmim atmosferdə öz düşüncələrini və xatirələrini bölüşdülər. AzQAC-ın Naxçıvan MR Komitəsinin sədri Yaşar Vəliyev itkin ailələrinin hər hansı bir digər humanitar çətinlikləri olduqda belə ona müraciət edə biləcəklərini elan etdiIMG_0485IMG_0475IMG_05267

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.