IMG_7114-29-08-19-10-07

Orta tibb işçiləri və QHT-lər üçün “Dünyada vərəm problemi.Vərəmlə mübarizədə multidissiplinar yanaşma” adlı seminar keçirildi

2019-cı il 27 avqust tarixində Az.Respublikası Səhiyyə Nazirliyi Ölkə Əlaqələndirməi Komissiyasının  dəstəyilə   “Dünyada vərəm problemi.Vərəmlə mübarizədə  multidissiplinar yanaşma” adlı seminar  keçirilmişdi. Seminar vərəm sahəsində çalışan orta tibb işçiləri ( Bakı şəhəri rayonlarında fəaliyyət göstərən Vərəm dispanserləri, ilkin səhiyyə xidmət müəssisələrində fəaliyyət göstərən DOTs kabinetləri , xüsusiləşdirilmiş xəstəxanalar) və QHT-n nümayyəndələri  üçün təşkil olunmuşdur.  Seminarda  35 nəfər iştirak etmişlər. Eyni zamanda  Vərəm, QİÇS və Malyariya ilə mübarizə Qlobal Fondun Azərbaycandakı Nümayyəndəliyinin, Ədliyyə Nazirliyi Tibb idarəsinin əməkdaşları,  Azərbaycan Vərəmlə mübarizə QHT Koalisiyanın üzvləri də iştirak etmişlər. Seminarda AzQAC-in Nizami, Pirallahı Rayon Bölmələrinin nümayyəndələri də qatılmışlar. Seminarı  Koalisiyanın üzvü, AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramın kordinatoru M.Qaraxanovaya həvalə olunmuşdu.

Seminarda  Ümumdünya Səhiyyə Təşkilatının  Vərəmin qlobal epidemiyası ilə  mübarizədə 20-illik  (2016-2035) strategiya, 2030 ilə qədər (2015-ci il ilə müqayisədə) TB-dən ölüm hallarının 90%, xəstələnmə hallarının 80% azalmasına çağırışı barədə xüsusi qeyd edildi. Ümumdünya Səhiyyə Təşkilatının Vərəm haqqında əsas faktları, dünyada yayılması barədə statistik məlumatlar çatdırıldı. Burada Azərbaycanda  dünyada olduğu kimi  DDV yayılması (ölkələrin adları nümayiş edildi) barədə məlumatlar qeyd edildi. Vərəm xəstəliyinin törədicisi olan Kox çöplərini aşkar edən alim Robert Kox, mikobakteriyaların xüsusiyyətləri, yoluxmanın əsas məqamları, xəstəliyin əlamətləri,  yoluxmanın potensial mənbəyi, müalicə barədə  məlumatlara  yer ayrılmışdı. Seminar iştirakçılarına  vərəmin müalicəsi ilə bağlı DOTs proqramı, dərmanların adları, müalicə müddətin vərəm xəstəliyinin formasına uyğun aparılması (DDV, GDDV)  barədə geniş məlumatlar çatdırılmışdı. Belə ki, qeyd edildi ki, Vərəm dünyada ən təhlükəlİ və geniş yayılmış yoluxucu xəstəlikdir. Vərəm təhlükəli olsa da, onun müalicəsi mümkündür!  1995 ildən başlayaraq, DOTS proqramı çərçivəsində 41 mln. Vərəmli xəstənin uğurlu  müalicəsi təmin olunub və 6 mln insanın həyatı xilas edilib. Sonra isə  seminar iştirakçılarına Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı təqdim edildi. Vərəmlə mübarizə haqqında qanunvericilik  barədə xüsusi vurğulandı ki, əhalinin vərəmdən mühafizəsi,  Vərəm xəstəliyinə tutulmuş şəxslərin hüquq və vəzifələri  «Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında» 2 may 2000-ci il № 875-IQ nömrəli AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU ilə tənzimlənməsi barədə məlumatlar geniş şəkildə təqdim edildi.

Sonra isə seminar iştirakçıları Vərəmin müalicə olunmasında  ideal addımların atılması barədə fikir mübadiləsi apardılar. İştirakçılar bu atılan ideal addımlarda rast gələn maneələri müəyyən etmək üçün  qruplarda iş apardılar Qruplarda vərəmli xəstələrə xidmət göstərən tibb işçiləri tərəfindən vərəmlə bağlı olan problemlərin geniş və fəal müzakirəsi müşahidə olundu. Onlar xəstələrdə  yan təsirlər üçün dərmanların olmaması, xəstələrin sosial problemləri, işsizlik, əlillik dərəcəsinin əldə edilməsində maneələr kimi  çətinliklər barədə  qeyd etdilər.

Tapşırığın yekunu olaraq, vərəmlə bağlı problemlər ümumiləşdirilərək,  səsləndirildi:  sosial-iqtisadi böhran, qeyrieffektli tibbi xidmət və kifayyət olmayan maliyələşdirilmə, narazı olan tibb personalı, dərmanların qeyrieffektli istifadəsi (tibbi personal və xəstələr tərəfindən); DD-Vərəm /İİV epidemiyası, təcridolunma və damğalanma, kifayət qədər inkişaf etməyən vətəndaş cəmiyyəti, həssas qrupların kifayyət qədər olmayan sosial dəstəklənmə.

Bununla bağlı seminar iştirakçılarına bu problemlərin aradan qaldırılması üçün  advokasiya, kommunikasiya və sosial mobilizasiyaya (AKSM) dair fəaliyyətlər barədə məlumatlar təqdim edildi.

Seminar iştirakçılarına vərəmli xəstələrə psixoloji dəstək və qayğı fəaliyyətinin prinsipləri və xüsusiyyətləri təqdim edildi.

Vərəmlə uğurlu  mübarizənin  erkən aşkarlanma,  tam və düzgün müalicə və əhalinin maarifləndirilməsi  kimi komponentlərdən asılı olduğu seminarda xüsusi vurğulandı. Bu fəaliyyətlərdə bir daha əməkdaşlığın xüsusi rolu qeyd edildi.

Azərbaycan Vərəmlə mübarizə QHT Koalisiyasının yaranması,  üzv olan təşkilatlar, həyata keçirdiyi fəaliyyətlər  barədə də məlumatlar  seminar iştirakçılarına çatdırıldı. Koalisiya tərəfindən hazırlanan  “Qışın isti nəfəsi” adlı maarifləndirici qısametrajlı film nümayiş olundu.

Seminar iştirakçıları  seminardan bir çox yeni məlumatları əldə etdiklərini səsləndirərək,  bu kimi seminarların vərəmli xəstələrə tibbi-sosial, psixoloji  xidmətlərin  yaxşılaşması baxımından  onlar üçün çox əhəmiyyətli olduğunu vurğulamışlar. Sonda isə iştirakçılara sertifikatlar təqdim edilsi.IMG_9472 IMG_7111-29-08-19-10-07 IMG_7113-29-08-19-10-07

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.