QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova başda olmaqla sevimli könüllü kollektivi ilə birlikdə Masallıda 1 günlük istirahətdə oldular.Gözəl və mənalı gün keçirən kollektiv İsti su və Yardımlı şəlaləsində olmuş,birgə səhər yeməyi və nahar etmişlər.Könüllülərdə öz növbələrində onlar üçün yaratdıqları bu xoş və yadda qalan gün üçün bölmə sədri Mətanət Məhərrəmovaya təşəkkürlərini bildirib, hər zaman öz fəallıqları ilə seçiləcəklərini qeyd etdilər. Masallı rayon Qızıl Aypara bölməsinin sədri Elşən Baloğlanova təşkilati dəstəyə görə kollektivimiz adından minnətdarlığımızı bildiririk.
Sizinlə fəxr edirik əziz Könüllülərimiz! 25.08.2019