P1070006

YES (Gənclərin Cəlb Olunma Strategiyası), Qeyri İnfeksion Xəstəliklər (QİX) və İlk Yardım bacarıqlarına dair seminar təşkil olundu

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2011-2015-ci il strateji planında qeyd olunduğu kimi Gənclər və Könüllülər, Sağlamlıq və Qayğı şöbələrinin əsas məqsədləri Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin və Səhiyyə maarifi və səhiyyə xidmətləri vasitəsilə insanların təhlükəsiz həyat sürməsi üçün biliklərin artırılmasından ibarətdir.

Belə ki, 2015-ci il avqust ayının 19-dan 22-dək Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiya tərəfindən tərtib olunmuş Gənclərin Qoşulma Strategiyası, Qeyri Yoluxucu Xəstəliklər mövzularında və İlk Yardım vərdişlərinə dair AzQAC Baş Qərargahının şöbələrinin və AzQAC Naxçıvan MR Komitəsinin təşkilatçılığı ilə seminar aparılmışdır. Tədbirdə AzQAC Naxçıvan MR Komitəsinin və bu ərazidə yerləşən bütün rayon bölmələrinin sədrləri, işçi heyəti, gənc təlimatçıları və könüllülər iştirak etmişdir.

Seminar-məşğələnin əsas məqsədi Qızıl Aypara Cəmiyyətinin işçi heyyəti və könüllülərini gənclərin cəlbolunma strategiyası ilə tanış etmək, gənclərin hər bir sahədə davranışının dəyişilməsində rollarını müəyyənləşdirmək, qeyri – yoluxucu xəstəliklər və İlk Yardım haqqında bilik və bacarıqları təqdim etməkdən ibarədtir.

Seminar-məşğələnin əvvəlində iştirakçıları AzQAC-nin rəhbərliyi və katiblik adından salamlayaraq fürsətdən istifadə edərək Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tarixi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti, Hərəkatın tərkib hissələri, fundamental prinsipləri haqqında suallar və müvafiq məlumatlar verilmişdir. İştirakçılara Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dövlət və qeyri-dövlət təşkilatları ilə qurulan iş prinsipi, əməkdaşlıq qaydaları xatırlanmışdır və bu münasibətlərin gələcəkdə möhkəmlənməsinin vacibliyi qeyd olunmuşdur.

Umümi hissədən sonra seminar  program əsasında hər mövzu ayrı ayrılıqda prezentasiyalar, sorğu-suallar vasitəsilə təqdim olunmuşdur. Seminarın aparıcıları bir daha qeyd etdilər ki, Gənclərin Cəlb Olunma Stratgiyasına görə güclü Milli Cəmiyyətlər və təhlükəsiz və möhkəm icmalar üçün güclü gənclər lazımdır. Gənclərin lider, könüllü və faydalananlar qismində çıxış etmələri üçün müvafiq biliklər, münasib şərait yaradılmalıdır. Gənclər hər bir sahədə olduğu kimi səhiyyə sahəsində də öz icmalarında müxtəlif fəaliyyətlərlə sağlamlığa dögru vəziyyətin yaxşılaşdırılmasında aparıcı rol oynaya bilər və bununla onlar eyni zamanda öz sağlam gələcəklərini təmin etmiş olurlar. Məsələn Qeyri İnfeksion Xəstəliklər (yoluxucu olmayan, genetik və ya həyat tərzi faktorlardan irəli gələn xəstəliklər kimi müəyyən edilən xəstəliklər (bura aiddir ürək-damar, xərçəng, diabet və xroniki tənəffüs yollarının xəstəlikləri) haqqında düzqün məlumatı əldə edərək gənclər bunların qarşısının alınmasında və sayının azalmasında cəmiyyətimizə kömək göstərə bilər.

AzQAC Naxçıvan MR Komitəsinin və regionun rayon bölmələrinin sədrləri, işçi heyyəti, gənclər və könüllüləri seminarı maraqla izləyərək fəallıqla müzakirələrdə, məşğələlərdə iştirak edib mövzulara dair öz münasibətlərini bildirdilər və eyni zamanda mövzulara dair maraqlı misallarla, təcrübələrlə bölüşdülər.

Sonda iştirakçılar təşkil olunmuş təlimlərə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə və əməkdaşlarına öz təşəkkürlərini bildirdilər və gələcəkdə bu cür seminarların digər mövzularda təşkil olunmasını xahiş etdilər.

Seminar AzQAC-ın İcraçı Katibinin müavini Səbinə Məhbubi-İran,  AzQAC-ın İcmalar arasında sağlamlıq programının rəhbəri Mətanət Qaraxanova və AzQAC-ın İlk Yardım Sektorunun rəhbəri Vurğun Həsənov tərəfindən aparılmışdır. Aparıcılar da öz növbələrində fürsətdən istifadə edərək Naxçıvan MR Komitəsinin rəhbərliyinə seminar-məşğələnin yüksək səviyyədə təşkil olunduğuna və regionun rayon bölmələrinin işçi və könüllü heyyətinin fəal iştiraklarına görə AzQAC rəhbərlik və katiblik adından təşəkkürlərini bildirdilər.P1060914 P1060917 P1070009 P1070036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.