AzQAC-n “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində əhali arasında geniş səhiyyə maarifi işini davamlı şəkildə həyata keçirilir. Bu fəaliyyət daha çox həssas qruplardan olan icmalarda aparılır.
2019 cu il sentyabr ayından Abşeron rayonunda Masazır qəsəbəsində yerləşən Sosial Məzun evlərdə məskunlaşmış qadınlara ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə “İnternat məzunu qadınlara dəstək” layihəsi həyata keçirilir Layihə çərçivəsində qadınlara dərzilik kursları təşkil edilib. 2019 cu il 28 sentyabr tarixində adı çəkilən kurslara cəlb olunan qadın və qızlara “Psixi sağlamlıq olmadan sağlamlıq olmaz” mövzusu ilə seminar keçirildi.
AzQAC-in “İcmaya əsaslanan sağlamlıq proqramı”nın koordinatoru Mətanət Qaraxanova seminarda iştirak edən qadın və qızlara sağlamlıqla bağlı geniş məlumatları təqdim etdi. O, qadınların həm özləri həm də uşaqların sağlamlığına təsir edən amillər, sağlam həyat tərzinin sağlamlıq üçün vacibliyindən ətraflı məlumatlar verdi. İştirakçılara təqdim edilən məlumatlarda psixi sağlamlığın ümumi sağlamlığın tərkib hissəsi, ona təsir edən amillər barədə xüsusi yer ayrılmışdı. Bununla yanaşı sağlam həyat tərzinin insanın nə inki fiziki sağlamlığına, eləcə də psixo-emosional sağlamlığında vacib və mütlək əhəmiyyətli şərtlərdən olduğunu vurğulamışdı. Sonda qadınlar həm özlərinin, həm də uşaqların sağlamlıqları barədə narahat edən vəziyyətləri səsləndirərək, müxtəlif fikirlər söyləmişlər. Qadınlar seminarda əldə edən məlumata görə minnətdarlıqlarını, bu kimi seminarların tez-tez təşkil edilməsi arzularını bildirmişlər.