WhatsApp Image 2019-09-29 at 8.17.33 AM

Sağlamlıqla bağlı maarifləndirici seminar keçirildi

AzQAC-n “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində əhali arasında geniş səhiyyə maarifi işini davamlı şəkildə həyata keçirilir.  Bu fəaliyyət daha çox həssas qruplardan olan  icmalarda aparılır.

2019 cu il sentyabr ayından Abşeron rayonunda Masazır qəsəbəsində yerləşən Sosial Məzun evlərdə məskunlaşmış qadınlara ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə “İnternat məzunu qadınlara dəstək” layihəsi həyata keçirilir Layihə çərçivəsində qadınlara dərzilik kursları təşkil edilib. 2019 cu il 28 sentyabr tarixində adı çəkilən kurslara cəlb olunan qadın və qızlara “Psixi sağlamlıq olmadan sağlamlıq olmaz”  mövzusu ilə  seminar keçirildi.

AzQAC-in “İcmaya əsaslanan sağlamlıq proqramı”nın koordinatoru  Mətanət Qaraxanova seminarda iştirak edən qadın və qızlara sağlamlıqla bağlı geniş məlumatları təqdim etdi. O, qadınların həm özləri həm də uşaqların sağlamlığına təsir edən amillər, sağlam həyat tərzinin sağlamlıq üçün  vacibliyindən ətraflı məlumatlar verdi. İştirakçılara təqdim edilən məlumatlarda psixi sağlamlığın ümumi sağlamlığın tərkib hissəsi, ona təsir edən amillər barədə  xüsusi yer ayrılmışdı. Bununla yanaşı sağlam həyat tərzinin insanın nə  inki  fiziki sağlamlığına, eləcə də psixo-emosional sağlamlığında vacib və mütlək əhəmiyyətli  şərtlərdən olduğunu vurğulamışdı. Sonda qadınlar həm özlərinin, həm də uşaqların sağlamlıqları barədə narahat edən vəziyyətləri səsləndirərək, müxtəlif fikirlər söyləmişlər. Qadınlar seminarda əldə edən məlumata görə minnətdarlıqlarını, bu kimi seminarların  tez-tez təşkil edilməsi arzularını bildirmişlər.WhatsApp Image 2019-09-29 at 8.17.32 AM

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.