IMG-20191002-WA0097

Azərbaycan dili kursunun 7-ci tədris ili başladı

Miqrasiya  artıq dünyanı narahat edən və eyni zamanda social-iqtisadi həyatın bir çox tərəflərinə toxunan mürəkkəb ictimai prosesdir və  gərginliyə baxmayaraq ümumən, müsbət xarakter daşıyır. Azərbaycan da artıq dünyanın sürətli inkişaf xəttinə qoşulduğu üçün artıq 2000-ci ildən Azərbaycana da miqrant axını başlayıb.

Prezident İlham Əliyev demişdir: “Azərbaycan xalqı qonaqpərvər xalqdır, ölkəmizdə iqtisadiyyatdakı sürətli inkişaf miqrantları bizim ölkəyə cəlb edir və bizim miqrasiya qurumumuz hesabına elə bir idarəetmə yaratmışıq ki, miqrantlar özlərini rahat hiss etsinlər.”

Respublikamızda digər cavabdeh qurumlarla bahəm ölkənin beynəlxalq aləmdə tanınmasına və inkişafına öz töhfələrini verən Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) də  daimi olaraq qaçqın və məcburi köçkünlərlə iş aparır və onlara mütəmadi olaraq müvafiq humanitar yardımlar edir. 2011-ci ildə İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının 31-ci Beynəlxalq Konfransında imzalanmış (Azərbaycan Dövləti adından AzQAC) 3 saylı qətnamədən irəli gələn vəzifələrdən biri olaraq sosial inteqrasiyaya dəstək kimi, Cəmiyyətin prezidenti, Millət vəkili Novruz Aslanovun təşəbbüsü ilə artıq 7-ci ildir ki, əcnəbi miqrantlara AzQAC-nin Baş ofisində və BMT-nin  Qaçqınlar üzrə Ali Baş Komissarlığının Qaçqın Qadın və Gənclər Mərkəzində (QQGM)  ofisində təmənnasız Azərbaycan dili kursunu təşkil etmişdir. Kurs daimidir və il ərzində müraciətlər qəbul olunur.

Kursa hər tədris ili ərzində xeyli sayda müdavim qatılmış və ilin sonunda 35-55 miqranta müntəzəm davamiyyət və yaxşı göstəriciyə görə 9 aylıq kursun şəhadətnaməsi verilmişdir. Miqrasiya şöbəsinin təhsil üzrə əməkdaşı Sona Hacıyeva tərəfindən bu kurs yay ərzində də məktəbə hazırlıq yönümündə davam etdirilir və bunun nəticəsində bu il 52 nəfərə şəhadətnamə verilmiş və 42 nəfər miqrant uşağı yüksək sınaq göstəricisi ilə Bakı şəhərindəki məktəblərin müvafiq siniflərinə  qəbul olunmuşlar.

AzQAC Miqrasiya şöbəsi sorğu vərəqələrinin nəticələrinə müvafiq olaraq bu il də öz layihəsinin davamı kimi oktyabr ayının 2-də müqrantlar üçün Aypara Cəmiyyətinin Bakı baş ofisində təmənnasız Azərbaycan dili kursunun  7-ci tədris ilinin açılışını etdi. Yeni tədris ili üçün kursun açılış tədbirində AzQAC tərəfindən Vitse-Prezident Qafar Əsgərzadə, İcraçı Katib Ceyhun Mirzəyev, İcraçı Katibin müavini Səbinə Məhbubi-İran və Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov iştirak edirdilər Açılışı giriş sözü ilə Cəmiyyətin vitse prezidenti Qafar Əsgərzadə  edərək qonaqları – Dövlət Miqrasiya Xidməti İdarəsindən Siyasət və Hüquqi Təminat baş idarəsinin rəisi Kəyan Hacıyevi, BMqT-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Georgiyevi, BMT-nin Bakı Baş ofisinin Xarici əlaqələr üzrə müşaviri Elsevər  Ağayevi, Proqram rəhbərinin assistenti Nərmin Osmanlını, Hayat Humanitar dəstək İctimai Birliyinin və Dövlət Miqrasiya Xidməti İdarəsi yanında İctimai Şuranın sədri Azər Allahverənovu, və iki digər şura üzvünü, Qaçqın Qadın və Gənclər Mərkəzinin adminstratoru Vasif Məmmədovu, Azərbaycan Vərəm Koalisiyasının sədr müavini Pərvanə Vəliyevanı, miqrantları və icma liderlərini və idarə heyəti üzvlərini salamladı.  Kursun Az QAC prezidenti Novruz Aslanovun  şəxsi təşəbbüsü ilə açıldığına diqqəti çəkərək kursa  davamiyyət və nəticələr barədə danışdı. O, əlavə yay dərslərini və qazanılan uğurları  da  iştirakçıların diqqətinə çatdırdı. Açılışda  qonaqlar da çıxış edərək bildirdilər ki, bu kurs miqrantların cəmiyyətə inteqrasiyasında mühüm rol oynyır və  kursun daha da müvəffəq olması yönümündə müştərək seminar,görüşlər keçirməyi və müvafiq kömək göstərməyə hazırdırlar.

Müəllimə  Sona Hacıyeva müdavimlərin yeni kurs ili üçün qeydiyyatını apararaq Azərbaycan, onun tarixi,coğrafiyası və AzQAC-ın ölkədəki yeri və fəaliyyəti haqqında məlumat verərək, ilk tanışlıq dərsinə başladı. Dərsdə ilkin olaraq 28 müdavim iştirak etdi və onlara dərs ləvazimatı paylanıldı və onlara şirniyyat süfrəsi təşkil olundu.

Tədbirdən sonra Vladimir Georgiyev AzQAC-ın prezidenti cənab Novruz Aslanovla işgüzar görüşü oldu.Görüşdə uzun illərdi səmərəli və məhsuldar əməkdaşlıq, təşkilatlar arasında bağlanmış Anlaşma Memorandumu qeyd olundu və bu əməkdaşlığın bariz nümunəsi məhz bugünkü gün olan tədbirdir. İllərdi ki, AzQAC tərəfindən əməkdaş təşkilatlarla birlikdə Azərbaycan dili, o cümlədən İngilis dili kursları təşkil edilir, humanitar dəstək və hüquqi məsləhətlər verilir, məişət problemlərində köməklik göstərilir və ümumiyyətlə cəmiyyətə integrasiya olunmalarında şərait yaradılır. Miqrasiya müxtəlif səbəblərdən baş verə bilər-məcburi, könüllü (müvəqqəti sığınacaq üçün), amma səbəbindən asılı olmayaraq, miqrantların problemlərində köməyin göstərilməsi vacibdir. Və burada bir sıra dövlət və qeyri dövlət təşkilatlarının səylərinin səfərbər olunması problemlərin aradan qaldırılmasına yardım edir.

 

Gələn qonaq Novruz müəllimə vaxt ayırıb qəbul etdiyinə görə təşəkkürünü bildirdi. Eyni zamanda qeyd olundu ki, cəmiyyət, onun rəhbərliyi tərəfindən məsələyə ciddi önəm verilir və dərindən şərh edərək lazımı dəstək göstərilir.  Müxtəlif ölkələrdə uzun müddət olaraq çalışdığını qeyd edən cənab Georgiyev, Azərbaycanda migrant ailələrinə bəslənən diqqət və qayğının xüsusiliyini və hərtərəfliyini qeyd etdi.

 

Miqrasiya probleminin müxtəlif səbələrdən olduğu ilə razılı olaraq və burada münaqışələr, təbii fəlakətlər, iqtisadi-sosial problemlər, iqlim dəyişilməsi əlavə edərək, cənab Georgiyev hər bir göstərilən dəstəyin vacibliyini qeyd etdi. Onlardan biri də təhsildir, verilən biliklərdir, hansı ki, cəmiyyətdə olan müddətdə özlərini idarə edib, ünsiniyyət qurmaya kömək edir.

 

  1. Cənab Aslanov miqrasiya məsələsində ümumiyyətlə bütün Qızıl Xaç və Qızıl Aypara Hərəkatının global rolunu qeyd etdi, miqrasiya məsələsi əsas diqqət mərkəzində olaraq dəfələrlə hərəkat daxili mühüm görüşlərdə vurğulandığını və bu yaxınlarda İsveçrənin Jenevrə şəhərində keçiriləcək 33 Konfransda bir daha səsləndiriləcəyini bildirdi.

 

Hər iki təşkilatın əməkdaşlıq məsələsinə qayıtdıqda N.Aslanov qarşılıqlı anlaşmanı hər iki tərəfdən eyni humanitar dildə danışılması ilə əlaqələndirdi və sonda bu anlaşmanın və əməkdaşlığın gələcəkdə daha sıx və səmərəli olmasının arzusunu bildirdi.IMG-20191002-WA0033 IMG-20191002-WA0035 IMG-20191002-WA0041 IMG-20191002-WA0046 IMG-20191002-WA0066 IMG-20191002-WA0076 IMG-20191002-WA0077 IMG-20191002-WA0097 IMG-20191002-WA0105

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.