Hər il olduğu kimi bu il də Sumqayıt şəhər İcra hakimiyyətinin təşkilatçılığı ilə “Ahıllar günü”nə həsr olunmuş tədbir kecirildi.Qeyd edək ki,bu ilki tədbir xüsusi ilə Sumqayıt şəhərinin 70 illik yubileyi və AzQAC 100 illik yubileylərinə təsadüf edir.Tədbirdə AzQAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan ahıllar,Ağsaqqallar, Müharibə və əmək veteranlar şuralarının üzvləri iştirak edirdilər.Sumqayıt şəhər icra hakimiyyəti başcısının birinci müavini Teymur Səmədov şəhər icra hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun salamlarını və təbriklərini tədbir iştirakçılarına çatdırdı. Söz alan AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova daima cəmiyyətin qeydiyyattında olan ahıl,yaşlı, atılmış, diqqətə ehtiyaclı insanlara Sumqayıt şəhər İcra hakimiyyətinin qayğısından danışaraq,bu gözəl günün təşkilatçısı, Sumqayıt şəhər icra hakimiyyətinə bölməmiz və yaşlı insanlar adından dərin təşəkkür və minnətdarlığını bildirdi. Yüksək səviyyədə təşkil olunmuş bayram süfrəsi arxasında ahıllar maraqlı və yaddaqalan bir gün keçirdilər.Söz alan ahıllar və həmcinin şəhər ağsaqqalar şurasının üzvü,əməkdar məşqçi Əhməd Rəcəbli şəhər ağsaqqallarına,əmək veteranlarına göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə, şəhər rəhbəri cənab Zakir Fərəcova ağsaqqalar adından minnətdarlıqlarını bildirdilər. Sonda AzQAC şəhər bölməsi tərəfindən hazırlanmış bayram sovqatları ahıllara təqdim olundu. Qeyd edək ki,ərzaq baglamalarının hazırlanmasında Azərikimya İB-nin və “Ordubad Market”-in də qatqısı olmuşdur.Əməkdaşlıga görə Azərikimya İB-nin və Ordubad marketin rəhbərliyinə təşəkkürümüzü bildiririk!