_DSC0854

Pirallahıda Ümümdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş tədbir keçirildi

Oktyabrın 11-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin təşkilatçılığı ilə Ümümdünya Psixi Sağlamlıq gününə həsr olunmuş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova tədbirin vacibliyini vurğulayaraq bildirdi ki, hər  il oktyabrın 10-u  bütün  dünyada  Ümümdünya  Psixi  Sağlamlıq Günü  kimi  qeyd  edilir. Ümümdünya  Psixi  Sağlamlıq  Gününün vəzifəsi  psixi  sağlamlıq  probleminə  yanaşmada  dünya  əhalisinin məlumatlılıq  səviyyəsini  yüksəltməkdir. Məhz Ümümdünya  Psixi Sağlamlıq  Günündə  psixi  pozğunluqdan  əziyyət  çəkənlərin  lazımı müalicə  ilə  təmin  olunmasına  və  sağlam  yaşamağa  çağırış  ifadə edilir, həmçinin  psixi  sağlamlığın  möhkəmləndirilməsi  istiqamətində qlobal  səviyyədə  daha  çox  açıq  müzakirələrə  imkan  yaradır.

Azərbaycan QAC-ın “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun pediatriya kafedrasının dosenti, tibb elmləri namizədi Mətanət Qaraxanova tədbir iştirakçılarına insanın kritik vəziyyətində keçirilən hallar, stress, depressiya   və digər gərgin vəziyyətlərin xüsusiyyətləri, psixoloji davranışı və ətrafa verilən reaksiyalar barədə məlumatlar çatdırdı. Tədbirdə İlk Psixoloji Yardımda zərərçəkənin ətrafında olan ailə üzvlərinin, qohum və dostların kömək etmək imkanlarının gücləndirilməsinin vacibliyi vurğulandı.

Daha sonra İcbari tibbi sığorta üzrə maarifləndirmə layihəsinin rəhbəri Pərvanə Vəliyeva icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar qarşıda duran vəzifələrdən danışaraq, sualları cavablandırdı.

Sonra evlərə baş çəkməklə, telefon və ya internet vasitəsi ilə, dəstək qrupları  və digər yollarla müxtəlif dəstək vasitələrlə ilk psixoloji yardım göstərilməsi barədə məlumatlar  təqdimat şəklində nümayiş olundu və diskussiya formatında müzakirələr aparıldı._DSC0851 _DSC0854 _DSC0858 _DSC0861 _DSC0862 _DSC0891 (1)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.