SOKAR ,, Qaz İxrac,, İdarəsinin ,,2019-cu il üçün Mülkü Müdafiyə tədbirləri planı,,na müvafiq olaraq Qazax Magistiral qaz kəmərləri sahəsində 11 oktyabr 2019-cu il tarixdə Fövqaladə hadisələrin qarşısının alınması və nəticələrin aradan qaldırılması üzrə idarəetmənin və rayon xidmətləri ilə obyekt qüvvələri arasında qarışılıqlı fəaliyyətin təşkili mövzusunda Mülkü Müdafiyə təlimlərinin keçirilməsi planlaşdırılmışdır.
Təlimin məqsədi Magistiral Qaz Kəmərlərində və Qaz paylayıcı stansiyalarında baş verə biləcək təxribat , istesalat qəzaları və təbii hadisələr zamanı işcilərin mühavizəsinin təşkili , qəza xilas etmə işlərinin aparılması, yanğınların söndürülməsi və qarşısının alınması, xəsarət alanlara İlk Tibbi yardımın göstərilməsi üçün obyekt qüvvələri və rayon qüvvələri ilə birlikdə fəaliyyətlərinin yoxlanılması olmuşdur.
Simulyasiyada Qazax rayon İcra Hakimiyyətinin, SOKAR-ın , Qaz İxrac idarəsinin, FHN-nin Yanğından Mühafizə İdarəsi, Xususi Riskili Xilasetmə Xidmətinin , Təcili Tibbi yardım xidmətinin , Mühafizə Polisinin , Qazax MQKS-nin mülkü müdafiyə qüvvələri , Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qazax rayon bölməsinin FH hazırlıq üzrə çevik mobil dəsdəsi və , qəza-bərpa xidmətinin texnikası iştirak etmişlər.