Azərikimya İB ilə AzQAC Sumqayıt şəhər bölməsinin “Mərhəmətli olmağa tələsin”xeyriyyə aksiasının 10 il start tədbiri hər il oldugu kimi bu il də Azərikimya İB-nin akt zalında baş tutdu. Bu il aksiyamız Sumqayıt şəhərinin 70 illik və AzQAC-nin 100 illik yubileyləriinə təsadüf edib.Tədbiri giriş sözü ilə acan Azərikimya İB mətbuat xidmətinin rəhbəri Rafiq Oday tədbiri açıq elan edərək, tədbirə gələn idarə,müəssisə,şirkət rəhbərlərini salamlayaraq,tədbirin məqsədi haqda iştirakçılara məlumat verdi.Sonra çıxış üçün söz AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmovaya verdi.10-ci ildir ki keçirilən bu aksiya haqqında geniş çıxış etdi. Daha sonra Mətanət xanım ümüdvar olduğunu bildirdi ki,bu il də daha cox ehtiyaclı insanlar xeyriyyə aksiyasından bəhrələnəcəklər. Start tədbirinin 1-ci mərhələsində qatılmaq istəyən təşkilatlara 15 gün müddətinə vaxt oldugunu və mərhələnin dekabır ayının əvvəlində keçiriləcəyini bildirdi. Sonda tədbirə qatılan təşkilat nümayəndələri ilə birlikdə xatirə şəkili çəkildi.