Dekabrın 3 “Beynəlxalq Əlillər Günüdür”. Az.QAC Suraxanı RB əlillərə tək həmin tarixdə deyil, mütəmadi şəkildə diqqət və qayğı göstərir. Əlilliyi olan, sağlamlıq imkanları məhdud insanlara daim dəstək verir. Hər zaman onların müraciətlərinə qayğı ilə yanaşaraq onlara dayaq olub, imkan daxilində problemlərinin həllində yardımçıdır.
Belə ki, hər zaman olduğu kimi “Əlillər Günü” münasibətilə Suraxanı rayon bölməsində qeydiyyatında olan 40 nəfər əlil insanlar ilə görüşüb, onlara ərzaq bağlamaları paylanılıb. Görüş iştirakçıları onlara göstərilən qayğı və mənəvi dayağa görə Suraxanı RB Sədri Turan xanım Hüseynovaya və Azərbaycan Qızıl Aypara Cəmiyyəyinə öz minnətdarlığını bildiriblər.