30.11.2019- cu il tarixində Sumqayıt Gənclər evində şəhər gəncləri arasında interaktiv formatda “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirildi.Tədbiri giriş sözü ilə açan Gənclər evinin direktoru Pəri Vəliyeva iştirakçı komandaları salamlamış yarışma iştirakçılarına uğurlar arzulamışdır.Yarışda şəhərin müxtəlif sahələrini təmsil edən 14-29 yaş arası gənclərdən ibarət komandalar öz bilik və bacarıqlarını sınayıb.Gərgin və maraqlı şəraitdə keçən bilik yarışının sonunda I yerə Gənclər evi, II yerə Sumqayıt -70, III yerə isə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin “Aypara” komandası layiq görülmüşdür.Qalib komandaların iştirakçıları fəxri fərman, medal, kubok və hədiyyələrlə təltif edilmişlər. Yarışmaya qoşularaq bölməmizi təmsil edən komandamıza təşəkkürlərimizi bildiririk ! Uğurlarımız bol olsun !