AzQAC Sumqayıt şəhər bölməsinin Azərikimya İB ilə birgə kecirdiyi «Mərhəmətli olmağa tələsin» xeyriyyə aksiyası bu il artıq 10 ildir ki,Sumqayıt şəhərində hər iki valideynini itirmiş,sağlamlıq imkanları məhdud olan,ehtiyaclı təbəqənin uşaqlarına xidmət göstərərək,onları qış geyimləri ilə təmin edir,onların kövrək qəlblərinə məlhəm olur. Bu aksiyalar mərhəmətli,xeyirxah idarə,müəssisə və şirkətlərin dəstəyi ilə ərsəyə gəlir.Bu günkü tədbir Sağlamlıq imkanları məhdud internat tipli gimnaziyada ehtiyaclı uşaqları sevindirdi.45 nəfər geyimə ehtiyaclı uşaqların sevinməyinə səbəb olan təşkilatlar isə “Paşa Həyat” və “Paşa Sığorta”ASC-ləri oldu.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru,əməkdar müəllim Ayət xanım Kərimova gələn qonaqları salamlamış,hər zaman qayğıya ehtiyacı olan bu uşaqların yanında olan AzQAC Sumqayıt şəhər bölməsinə öz minnətdarlığını bildirdı.Söz alan bölmə sədri Mətanət Məhərrəmova uşaqları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2020 il-Yeni il Bayramları münasibəti ilə təbrik edərək,onlara ən xoş arzularını bildirdi.Alınan geyimlər ücün tədbirin xeyriyyəciləri “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” ASC-nin rəhbərliklərinə öz dərin minnətdarlıqlarını bildirdi.Sonra əvvəlcədən ehtiyaclarına uygun olaraq alınan çəkmələr və isti gödəkçələr siyahı əsasında uşaqlara təqdim olundu.Tədbirdə uşaqlarla xatirə şəkilləri cəkildi.