18.12.2019-cu il tarixində FMKD-nin üzvləri tərəfindən Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində ASAN xidmət könüllüləri üçün “İlk yardım” üzrə təlim keçirildi..Təlim Fövqaladə Mobil Könüllü Dəstənin üzvləri Jalə Nəzərova, Zeynəb Əliyeva tərəfindən keçirildi.Fövqaladə Mobil Könüllü Dəstənin üzvləri dinləyiciləri salamlayaraq ,təlimin əsas məqsədi gənclərin ətrafda baş verə biləcək fövqəladə və bədbəxt hadisələr zamanı İlk yardımın göstərilməsi ilə bağlı biliklərinin artırılması üçün keçirildiyi qeyd edildi. Təlimdə iştirakçılara,huşsuz nəfəs alan və bərpa vəziyyəti,tənəffüs yollarının tutulması,qanaxma,sınıqlar,yaralar və yanıqlar mövzusu ətrafında geniş məlumat verılmiş və praktiki olaraq göstərilmişdı.Daha sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin təlimatçısı Lalə Cəlilzadə Cəmiyyətin əsas fəaliyyətləri haqqinda ətraflı məlumat verdi.Gəncləri maraqlandıran suallar cavablandırıldı.