20200115_110056

AzQAC-n “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində ana və uşaqların sağlamlığına dair maarifləndirmə davam edilir

Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi standartlara uyğunlaşdırılması, antenatal dövrdə hamilə qadınların sağlamlığına təhlükə yarada bilən patoloji vəziyyətlərin vaxtında aşkarlanması işinin təkmilləşdirilməsi, ana südü ilə qidalanmasının təbliği və digər məsələlərə dair əhalinin maarifləndirilməsinin  həyata keçirilməsi vacib olan tədbirlərdir.

Ana və uşaqların sağlamlığının qorunması  dövlətin daim diqqəti mərkəzindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbulu və həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Ana südü ilə qidalandırmanın aşağı göstəriciləri Azərbaycanda səhiyyə ilə bağlı digər ciddi problemdir və  ana südü ilə qidalandırmanın sağlam həyat tərzinin bir hissəsi kimi təşviq edilməsi amalı ilə AzQAC,  UNICEF hökumət qurumları ilə sıx qaydada əməkdaşlıq edirlər. Belə ki, 2020-ci il yanvar ayının 15-də Respublika Klinik Xəstəxanasının doğum şöbəsində AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova hamilə qadınlar və anaların  maarifləndirilməsi  məqsədilə görüş keçirmişdir. Keçirilən görüşdə o, ana südü haqqında, onun uşaq və ana sağlamlığı üçün əhəmiyyəti  və faydası barədə, uşaq hüquqlarının qorunmasında anaların və ailələrin fəal olması haqqında  geniş məlumatlar çatdırdı. M.Qaraxanova  Ümumdünya Səhiyyə Təşkilatının  ana südü ilə əlaqədar 10 faktı və digər göstəriciləri tədbir iştirakçılarına təqdim etdi. Sonra isə qadınlar arasında “Mən və mənim uşağım” rəsm testi aparıldı.20200115_10465820200115_110056

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.