Az QAC-ın 100 illik yubileyi və 2 fevral Gənclər Günü münasibətilə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Az.QAC Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində bədii-əyləncəli bayram tədbiri keçirildi. Tədbirdə ictimai-fəal və həmçinin müxtəlif sahələrdə könüllü fəaliyyət göstərən gənclər iştirak etmişlər. Baş İdarənin rəisi Elgün Hümbətov və Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova tədbirdə çıxış edərək 2 fevral – Gənclər Gününün tarixi əhəmiyyətindən, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, şəhərimizdə gənclərə göstərilən diqqət və qayğıdan, yaradılan şəraitdən danışmış, iştirakçıları Gənclər Günü münasibətilə təbrik etdilər. Daha sonra il ərzində birgə əməkdaşlıq edən təşkilatların nümayəndələrinə Fəxri Fərmanlar təqdim olundu. Tədbirin bədii hissəsində gənclərin ifasında rəqslər , musiqilər səsləndirildi. Bundan başqa il ərzində bölməmizdə aktiv,humanist fəallıqları ilə seçilən Az.QAC Sumqayıt şəhər bölməsinin könüllüləridə bölmə tərəfindən hazırlanmış xüsusi Fəxri Fərmanlarla təltif olundu.Tədbir əyləncəli bayram proqramı ilə davam etdi.Gənclər Gününüz Mübarək!