BQXK-nın əməkdaşlıq üzrə yeni nümayəndəsi Laura Ssena AzQAC-ın baş ofisində keçirilən iclasda AzQAC-ın rəhbərliyinə və işçi heyətinə təqdim edildi. İclası giriş sözü ilə açan AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə hər iki qurum arasındakı əməkdaşlığın hər il daha da inkişaf etdiyindən söhbət açdı. Humanitar sahədəki əməkdaşlığın AzQAC-ın rayon və şəhər bölmələrinin, xüsusuilə də cəbhəyanı ərazilərdə yerləşən rayon və şəhər bölmələrindəki fəaliyyətlərinin inkişafındakı rolundan danışdı. Fövqəladə Mobil Könüllü Dəstələrinin yaranmasında, onların bilik və bacarıqlarının artırılmasında qarşılıqlı əməkdaşlığın, keçirilən seminar və treyninqlərin önəmindən bəhs etdi. Bu sahədə BQXK-nın öncəki nümayəndəsi- əməkdaşlıq üzrə məsul şəxsi Əziz Syed-in təcrübəsindən maksimum istifadə edildiyini söylədi.
Daha sonra söz BQXK-nın əməkdaşlıq üzrə yeni nümayəndəsi Laura Ssena Azərbaycanda olmağından məmnun olduğunu qeyd etdi. Daha öncə çalışdığı milli cəmiyyətlərin də təcrübəsindən istifadə edərək istər BHH-nin və Fundamental Prinsiplərin yayımı, informasiya, miqrasiya, sağlamlıq və qayğı, gənclər və könüllülər sahələrində əməkdaşlığın daha da genişləndiriləcəyindən bəhs etdi. Fövqəladə Mobil Könüllü Dəstələrin bilik və bacarıqlarının artırılması sahəsində daha da irəliləyişlər olacağını vurğuladı.