P1110876

Tovuz rayonunda məktəblilərə sağlamlıqla bağlı seminar keçirildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq”proqramı çərçivəsində Regional Mərkəzlər və Yerli Bölmələr vasitəsilə əhali arasında səhiyyə maarifləndirici görüşləri təşkil edir.
Belə ki, 2020-ci il fevral ayının 5-də, Cəmiyyətin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində Tovuz rayonu N. Tusi adına təbiət və texniki təmayüllü məktəb-liseyin 7 l sinif şagirdləri üşün sağlamlıqla bağlı seminar keçirildi. Proqramın kordinatoru Mətanət Qaraxanova İlk öncə şagirdlərə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatın və AzQAC yaranma tarixi, Fundamental Prinsiplər, həyata keçirilən fəaliyyətlər barədə məlumatları təqdim etdi. Xüsusi olaraq, M.Qaraxanova şagirdlərə “Sağlam həyat tərzi” –in anlayışını, daxil edilən mövzuların geniş izahı etdi. O, uşaqların sağlam böyüməsi üçün şagirdlərlə birgə müəllimlərin və valideynlərin uşaq hüquqlarının qorunması, onların müdafiəsi, sağlam həyat tərzinin təbliğinə dair geniş və mütəmadi maarifləndirici tədbirlərin həyata keçirilməsinin vacibliyi barədə xüsusi vurğuladı. Şagirdlər görüşdən məmnun olduqlarını və belə görüşlərin mütəmadi keçirilməsi istəklərini səsləndirdilər. Sonda şagirdlərlə xatirə şəkil çəkildi.P1110869 P1110863 P1110867

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.