30.01.2020-ci ildə Az QAC Tərtər rayon bölməsinin Fövqaladə Mobil Könüllü Dəstənin aylıq görüşü keçirildi. Tədbirdə Tərtər rayon bölməsinin sədri Etibar Heydərov və bölmənin könüllüləri ilə yanaşı AzQAC İcraçı Katibin müavini Sabina Mahbubi-İran, Kodinator Nigar Rüstəmzadə, BQXK Əməkdaşlıq Koordinatoru Aziz Syed və Laura Sessenaya , Əməkdaşlıq şöbəsinin işçisi Rasim Allazov, Lyuda Shepeleva Bərdə nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin işçisi Nailə Hüseynli iştirak etdilər. Ay ərzində Mobil dəstənin gördüyü işlər müzakirə edilərək,növbəti ay üçün görüləcək işlər planlaşdırıldı.