IMG_20200218_110418_2

Fransanın Azərbaycandakı səfirinin birinci müşaviri Azərbaycan Qızıl Aypara Cəmiyyətində olub

 

AzQAC-ın prezidenti  Novruz Aslanov Fransanın Azərbaycandakı səfirinin birinci müşaviri Dominik Jantini qəbul edib. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Cəmiyyətin prezidenti müşavirlə görüşdən məmnunluq hissi duyduğunu ifadə edib. O, Milli Cəmiyyətə humanitar sahədə göstərilən dəstəyə görə səfirə öz minntədarlığını bildirib. Görüş zamanı, həmçinin, humanitar sahədə aparılan işlərə dair hazırkı əlaqələr və gələcək perspektivlər də müzakirə edilib.

Müşavir Dominik Janti öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını bildirərək, AzQAC-ın ölkəmizdə humanitar sahədə apardığı işlərdən məmnunluqla danışıb. Mövcud əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.IMG_20200218_110418_2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.