AzQAC-ın prezidenti Novruz Aslanov Fransanın Azərbaycandakı səfirinin birinci müşaviri Dominik Jantini qəbul edib. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Cəmiyyətin prezidenti müşavirlə görüşdən məmnunluq hissi duyduğunu ifadə edib. O, Milli Cəmiyyətə humanitar sahədə göstərilən dəstəyə görə səfirə öz minntədarlığını bildirib. Görüş zamanı, həmçinin, humanitar sahədə aparılan işlərə dair hazırkı əlaqələr və gələcək perspektivlər də müzakirə edilib.
Müşavir Dominik Janti öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını bildirərək, AzQAC-ın ölkəmizdə humanitar sahədə apardığı işlərdən məmnunluqla danışıb. Mövcud əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.