Azərbaycan Qızıl Aypara Cəmiyyəti uzun illərdir ənənəvi qaydada, xüsusilə də, qaçqın və məcburi köçkünlərə, miqrantlara humanitar yardımlar edir. Artıq 8-ci ildir ki, AzQAC -ın dəstəyi ilə Azərbaycanda daimi və ya müvəqqəti sığınacaq tapmış əcnəbi qaçqın və miqrantlara BMT təşkilatının Qaçqın Qadın və Gənclər Mərkəzində, Az.QAC Baş ofisində təmənnasız Azərbaycan dili kursu təşkil olunur Cəmiyyətin Miqrasiya, Humanitar yardım, Saglamlıq və Qayğı, Gənclər və Könüllülər şöbələrinin əməkdaşları mütəmadi olaraq miqrantlarla görüşür və onlara humanitar yardımlar göstərir (ərzaq,isti paltar və ev əşyaları), ilk yardım təlimləri, sağlam həyat tərzi üzrə maarifləndirmə sessiyaları və s. təşkil edirlər.
18 fevral 2020-ci ildə Pakistandan gəlmiş miqrant ailəsi, Chaudhary Muhammad Muqtada Khan, həyat yoldaşı Humaira Yousaf və 3 uşaqı ilə birgə Az.QAC-ın Miqrasiya şöbəsinə yardım üçün müraciət etmiş və ağır vəziyyətdə olan 5 nəfərlik ailəyə ilkin olaraq şöbə tərəfindən ərzaq yardım göstərilmişdir. Sonra Miqrasiya şöbəsi və Fövqaladə Hallara Hazırlıq və Cavabvermə şöbəsi ilə müraciəti ətraflı müzakirə edərək,
21 fevral 2020-ci il tarixində rəhbərliyin diqqət və qayğısı sayəsində ayrılmış məişət əşyaları, yataq dəstləri və geyim əşyalarından ibarət humanitar yardımın miqrantın yaşadığı yerə aparılmasına qərar verilmişdir. Miqrasiya şöbəsinin müdiri, Azərbaycan Dövlət Miqrasiya Xidməti İdarəsi yanında İctimai Şuranın üzvü Məmməd Kətanov və Ttəchizat sektorunun rəhbəri Renat Vəliyev birgə bağlamaları ehtiyaclı ailənin evində təhvil verərək onları çox sevindirmişdir. Pakistanlı ailə bu isti münasibətdən çox mütəəssir olmuş və bu çətin günlərində onlara dayaq duran Cəmiyyətin rəhbərliyinə və kollektivinə sonsuz təşəkkürlərini bildirmişlər.