P1110972

Miqrantlarla sağlamlıqla bağlı növbəti maarifləndirici seminar keçirildi

Artıq 7 ildir ki, Bakıda məskunlaşan müxtəlif ölkələrdən (Əfqanistan, Pakistan, İraq, Suriya Ukrayna və s.) olan miqrantlara Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə azərbaycan dili kursları həyata keçirilir.

AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində miqrantlara mütəmadi olaraq, sağlamlıqla bağlı  silsilə tibbi-sosial, psixoloji sahələrlə bağlı mözulara (“Sağlam həyat tərzi”, “Qan donorliğu və qan xəstəlikləri”, “Stress və Depressiya”)  həsr edilən seminarlar təşkil edilir. Belə ki,  fevral ayının 24-də azərbaycan dili kursunda iştirak edən miqrantlara növbəti “Vərəm xəstəliyi və onun profilaktikası” mövzusuna həsr edilən seminar  keçirilmişdir.  Seminar BMT-in Miqrantlara Yardım Komitəsinin “Qaçqın qadın və gənclər Mərkəzi”-də  baş tutmuşdu. AzQAC  “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova seminar iştirakçılarına Vərəm xəstəliyinin dünyada yayılması, yoluxma yollarını, əlamətləri, müalicəsi prinsipləri barədə geniş təqdimat etdi.  O, Ümumdünya Səhiyyə Təşkilatının  vərəmlə mübarizə tədbirləri, tövsiyyələri barədə məlumatları səsləndirdi. Sonra isə azərbaycan dilinin nitq səlistliyini qirayət yolu ilə inkişaf etdirmək məqsədilə müəllimə Sona Hacıyeva miqrantlarla birgə vərəm haqqında (AzQAC-in könülləri tərəfindən hazırlanan) “Sağlamlıq ölkəsinin əhvalatı” adlı hekayəni oxudular.P1110966 P1110972 P1110973 P1110979 P1110981 P1110985

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.