1 Mart Ümumdünya Mülkü Müdafiə Günü münasibətilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə FHN Sumqayıt Regional Mərkəzinin illik tədbirlər planına əsasən Sumqayıt şəhər 6 saylı tam orta məktəbində nümunəvi Mülkü Müdafiə Günü tədbiri keçirilmişdir.6 saylı tam orta məktəbin hərbiləşdirilməmiş Mülkü Müdafiə Qüvvələri ilə FHN-nin Mülkü Müdafiə idarəsinin əməkdaşları,Sumqayıt Dövlət Yanğından Mühafizənin şəxsi heyəti, və Az.QAC Sumqayıt şəhər bölməsinin Mobil dəstəsi,birlikdə həyata keçirdilər.Tədbiri giriş sözü ilə məktəbin direktoru Məmmədova İradə tədbir iştirakçılarını salamlamış və sözü Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədova vermişdir.O günün mahiyyəti barədə çıxış edərək,təlim iştirakçılarına uğurlar arzulamışdır. Daha sonra həyəcan siqnalı çalınmış,məktəbin müəllim və şagird kollektivləri təxliyə edilmiş,şərti yaralılara ilk yardım göstərilmişdi.Mütəşəkkil keçən FHH praktiki təlim məşqindən sonra birgə xatirə şəkili çəkildi.