Hər il Suraxanı RB-nin əməkdaşları “Novruz” bayramında ehtiyacı olan insanlara yardım göstərir. Bu il də mart ayının 16-da tənha qocaları, əlilləri, aztəminatlı və çox uşaqlı ailələri bölməmizin əməkdaşları tərəfindən sevindirildi. AzQAC Suraxanı RB sədri Turan xanım Hüseynova Cəmiyyətimizin adından tədbir iştirakçılarını qarşıdan gələn “Novruz” bayramı münasibətilə təbrik edib və onlara uzun ömür, can sağlığı, xoşbəxtlik arzulayıb. Dəvət olunanlar onlara diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər. Sonda tədbir iştirakçılarına ərzaq yardımları paylanıldı.