Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti
cənab Novruz Aslanova
Hörmətli Novruz müəllim
Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə rəsmi humanitar təşkiat kimi təsdiq edilmiş və 1 əsirlik şanlı tarixi olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti daimi inkişaf edərək təkmilləşmişdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xüsusi diqqəti və qayğısı sahəsində Cəmiyyətin maliyyə və maddi-texniki vəziyyəti əhəmiyyətli dərəcədə güclənmiş, onun sosial, tibbi-sağlamlıq, xeyriyyəçilik proqramlarının həyata keçirilməsinə bugündə hərtərəfli dövlət dəstəyi göstərilir.
İnsanpərvərlik və xeyirxahlıq kimi missiyasını layiqincə yerinə yetirən Cəmiyyətin səmərəli və çoxşahəli fəaliyyəti, o cümlədən fövqaladə hallardan zərər çəkmiş şəxslərə, qaçqın və məcburi köçkün soydaşlarımıza humanitar, tibbi, sosial yardımların göstərməsi,icra etdiyi layihələrə gənclərin cəlb etməsi vətəndaşlarımız, o cümlədən Daxili İşlər orqanı tərəfindən rəğbətlə qarşılanır.Cəmiyyətin əməkdaşlarının möhtərəm Prezident tərəfindən bu yubiley ərəfəsində də dövlət mükafatlarına layiq görülməsi çoxgərəkli fəaliyyətinizə verilən ali qiymət olmaqla bizidə qəlbən sevindirir.
İnsanların həyatının, sağlamlığımnın, hüquq və azadlıqlarının qorunmasına xidmət edən işgüzar əməkdaşlıq əlaqələrimizin davamlı olaraq möhkəmlənməsini böyük məmnunluq hissi ilə qeyd edirəm.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Sizi və uğurla rəhbərlik etdiyiniz bu möhtəbər təşkilatın bütün üzvlərini ürəkdən təbrik edir, möhkəm can sağlığı, xoşbəxtlik , ailə səadəti, nəcib işinizdə yeni-yeni nailiyyətlər arzulayıram.
Dərin hörmətlə, Vilayət Eyvazov
Azərbaycan Respublikasının
Daxili İşlər naziri
general-polkovnik
10 mart 2020-ci il