Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir sıra könüllüləri müxtəlif tədbirlərin həyata keçirilməsində təşəbbüs irəli sürərək, fəal iştirak edirlər. Belə könüllülərdən biri Sevinc Ağaxəlil qızıdır. Onun bir sıra məqalə və şeirləri, dəstəklənən və iştirak etdiyi tədbirlər barədə məlumatlar Cəmiyyətin “Yeni Təfəkkür qazetində mütəmadi dərc olunur.
Məlumdur ki, Qurban Bayramında qurbanlar kəsilir və ehtiyacı olan insanlara paylanılır. Bu ərəfədə bununla yanaşı digər xeyirxah yönümlü tədbirlər də təşkil olunur.
Belə ki, qarşıda gələn Qurban Bayramı ilə əlaqədar AzQAC-nin fəal könüllüsü Sevinc Ağaxəlil qızının təşəbbüsü ilə, AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanovanın və gənc Əzəmət Fərəcovanın iştirakı ilə sentyabr ayının 19-da uşaq psixo-nevroloji mərkəzində müalicə olunan xəstə uşaqlarla görüş təşkil olunmuşdur. İlk öncə mərkəzin rəhbəri İradə Musayeva mərkəzdə psixo-nevroloji xəstə uşaqlara ( onlardan bir çoxu valideynlər tərəfindən atılmış uşaqlardır) təşkil olunan xüsusi tibbi xidmət haqqında geniş məlumat vermişdi. Könüllülər uşaqlara rəngli şəkilli kitabları nümayiş edərək, onları maraqlandıran sualları açıqladılar. Görüş zamanı, uşaqlar mahnı ifa edib, şeirlər söylədilər. Sevinc Ağaxəlil qızı 11 yaşlı Fərid Həbiblinin rəsmlərini mərkəzə hədiyyə etdi. Bununla yanaşı mərkəzə humanitar yardım (şirniyyat və gigyenik dəstlər) da təqdim edilmişdir