21 sentyabr 2015-ci il tarxində “Sumqayıt Gənclər Evi” də Qızıl Aypara Cəmiyyəti Sumqayıt bölməsi və şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Beynəlxalq sülh günü” münasibətilə “Biz Sülhə səs veririk” mövzusunda tədbir keçirildi.
Baş İdarənin rəisi Elşən Baxşəliyev tədbiri giriş sözü ilə açaraq, hazırda dünyada baş verən siyasi proseslərin fonunda Azərbaycandakı siyasi stabillikdən, Azərbaycanın dünyada sülh və əminamanlığın bərqərar olunması və qorunmasındakı rolundan danışmışdır.
Daha sonra çıxış edən Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin sədri Mətanət Məhərrəmova dünyada sülhün qorunmasının nə qədər vacib məsələ olduğunu vurğulamış və bu istiqamətdə Qızıl Aypara Cəmiyyətinin gördüyü işlərdən bəhs etmişdir.
Sonra çıxış edənlər Sumqayıt Dövlət Texniki Kollecinin tarix müəllimi Ülvi Məmmədov, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin təlimatçısı Gülnar Tanrıverdiyeva, gənclər Elvin Dadaşov və Leyla Ağayeva isə öz çıxışlarında beynəlxalq sülh və əmin-amanlıq prosesində gənclərin də üzərinə böyük iş düşdüyünü bildirilmişlər.
Çıxışlarda həmçinin Azərbaycanda sabitlik və tolerantlıq mühiti yüksək qiymətləndirilmiş, bütün bunların Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsində mümkün olduğu vurğulanmışdır.